"O geyimdə səhnəyə çıxacağımı öyrənəndə ağlamağa başladım" - Məşhur modeldən gözlənilməz etiraf
20-05-2022, 13:40
Moda tarixinin ən uğurlu və ən çox qazanan qadınları arasında yer alan Qisel Bündhen səmimi etirafı ilə gündəmə gəlib.
Sfera.az bildirir ki, iki uşaq anası olan keçmiş braziliyalı model onda travma yaradan olaydan söz açıb. O, bunun 1998-ci ildə London moda həftəsində çıxışı zamanı baş verdiyini deyib. Həmin zamanlar ingilis dilini yaxşı bilmədiyini və hadisəni tam qavramadığını deyən Bündhen sözlərinə bu cür davam edib:
“Nə geyinəcəyimi soruşdular, onları tam anlamadım, ancaq başa düşmüş kimi davrandım. Sonra nə geyinəcəyimi görüb ağlamağa başladım. Məndən həmin gün sinəm açıq, gümüş zəncirlərdən ibarət geyimdə podyuma çıxmağımı istədilər. “Ümid edirəm, atam bu fotomu görməz”, deyə düşünərək səhnədə yeridim. İlk beş ildə alt paltarında özümü rahat hiss edirdim, amma zaman keçdikcə podyumda sadəcə bikini geyməyim mənə narahatlıq verirdi. “Xahiş edirəm, mənə üstümü örtəcək nəsə verin”, - deyirdim”.