Bu məşhurlar Ukrayna üçün konsert verəcəklər

21-05-2022, 00:05           
Bu məşhurlar Ukrayna üçün konsert verəcəklər
Dünyaca məşhur musiqi qrupu “Pink Floyd” və “Crash Test Dummies”, Ruslana və Cəmalə, eləcə də bir çox məşhur şəxslər Ukraynadakı müharibədən zərər çəkənlərə kömək etmək üçün onlayn konsertdə görüşəcək.

Teref.az sfera.az-a istinadla xəbər verir ki, Ukraynadakı müharibəyə diqqət çəkmək və zərərçəkənlərə yardım əlini uzatmaq üçün bir araya gələn məşhur isimlər iyunun 17-də konsert verəcək.

Müharibədən zərər çəkənlər üçün bilet və ianə ilə 10 milyon dollar toplamaq məqsədi daşıyan tədbir saat 15:00-dan etibarən canlı yayımlanacaq.

Biletləri www.worlduniteforukraine.com saytından əldə etmək mümkün olacaq və tədbirdən əldə olunan gəlirin müharibə qurbanlarına qida və sığınacaq, tibbi ləvazimatlar, geyim üçün xərclənməsi nəzərdə tutulub.

Konsertə 24 saat ərzində yenidən baxmaq mümkün olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.