Bakının mərkəzi küçəsində olay - aktyora sillə vurdu, işə polis qarışdı... - FOTO

21-05-2022, 09:38           
Bakının mərkəzi küçəsində olay -
Şəhərin mərkəzi küçəsində tez-tez rastlaşdığımız canlı heykəl Pərviz Fəxrəddin! Bir müddət əvvəl onun haqqında sizə geniş reportaj təqdim etmişdik. Təbii ki, Bakı sakinləri üçün canlı heykəl yeni bir sənət nümayişi idi! Bu günlərdə o iş başında olarkən tanımadığı bir insanın zərbəsinə tuş gəlib.

Pərviz Fəxrəddin Moderator.az-a bu haqda özü məlumat verib.

“Heykəl olduğum zaman müdafiəsiz qalıram. Düzdü, koordinatorum var, ancaq o məni sillə-təpikdən qorumaq üçün deyil, musiqi və s. işləri etmək üçün yanımda dayanır. Hadisə günü mən paytaxtın mərkəzi küçəsində canlı heykəl nümayiş etdirirdim, insanlar məni izləyirdi. Nümayiş zamanı tanımadığım, 50-55 yaşlarında bir ağsaqqal kişi (əgər ona ağsaqqal demək olarsa) mənə yaxınlaşıb bir sillə vurdu və getdi. Kim olduğu barədə məlumatım yoxdur. Polisə verdim, sağ olsunlar qısa müddətdə tapdılar adamı. 60 yaşında bir şəxsdir. O da polisdə içkili olduğunu bildirib.

Pərviz Fəxrəddin daha sonra əlavə edib.

“Müqavimət göstərmədim, çünki tərbiyəm buna yol vermir. Mən sakit insanam. İnsanları incitmək kimi bir niyyətim yoxdur. Bu artıq həddini aşdığı üçün polisə müraciət etməli oldum. Vurulma ilk dəfə baş verirdi. Müdəxilə edənlər hər zaman olur. Qarşımda olan qutudan pul götürüb qaçanlar, plastik stəkan, qaşıq atanlara tez-tez rast gəlirəm. Demək olar ki, hər dəfə nümayiş vaxtı kimsə guya qorxutmaq məqsədi ilə anidən qoluma və ya üzümə toxunur. Toxunmaq olar, amma fiqur kimi içini açıb baxmaq, nə kimi qəbulolunandır, bunu bilmirəm artıq. İnsanlara azadlıq versən, bunu da edərlər. Hətta yerə yıxıb əzərlər. Həmin kişini də koordinator bir dəfə uzaqlaşdırdı. İkinci dəfə uzaqdan yaxınlaşanda mən onu görmürdüm. Koordinator onun qarşısını almağa çatdıra bilmədi. Hər şey anidən baş verdi” deyə Pərviz Fəxrəddin deyib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.