“YouTube”dan 9000-dən çox kanal silindi

23-05-2022, 10:14           
“YouTube”dan 9000-dən çox kanal silindi
“YouTube” videohostinqi Ukraynadakı müharibə ilə bağlı saxta xəbərlər yayan 70 mindən çox video və 9 min kanalı silib.

Materiallar platformanın qaydalarını pozduğu üçün silinib.

Məlumata görə, silinən videoların əksəriyyəti Ukraynadakı müharibənin “azadlıq missiyası” adlandırıldığı videolar olub.

Videoservisin məhsul üzrə direktoru Neil Mohan bəyan edib ki, platformanın əsas məsuliyyəti Ukraynadakı müharibə haqqında məlumat axtaran insanların dəqiq, keyfiyyətli və həqiqətə uyğun məlumat əldə etmələrini təmin etməkdir.

Mənbə: “The Guardian”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru