Rus gözəli Kann Festivalına buraxılmadı - FOTO

23-05-2022, 11:50           
Rus gözəli Kann Festivalına buraxılmadı - FOTO
Viktoriya Bonyadan təxribatçı görüntüsünə görə Kann Film Festivalının qırmızı xalısını tərk etməsi istənilib.

KONKRET.az xəbər verir ki, o, bu barədə İnstaqramda qeyd edib.
Bonya kişi kostyumunda, yapışdırılmış bığ və üzərində dünyada baş verənlərlə bağlı mesaj yazılmış çantası ilə tədbirə daxil olmaq istəyib. Viktoriyanın sözlərinə görə, mühafizəçilər belə bir çıxışın mətbuatın diqqətini həddən artıq cəlb edəcəyini hiss ediblər.

“Bu gün məndən Kann Film Festivalının qırmızı xalısını tərk etməyi tələb etdilər. Mən qanuna tabe olan vətəndaşam, getdim! Ora çantamı gizlədərək, oğurluqla keçmək istəmədim, başımı dik tutub yeridim! Mənə dedilər ki, belə çıxsam, mətbuatda çoxlu yazılar çıxacaq. Fotoqrafların arqumentləri bunlar oldu. Bugünkü mesajım bütün qadınlardan idi! Qadın yalnız bu dünyada sülhə cavabdehdir”, – bunları Viktoriya baş verən olay barədə instaqramda yazıb.

Xatırladaq ki, Bonya Kann kinofestivalının açılışında iştirak etmiş, qırmızı xalı üzərinə çıxmışdı, lakin sonra onun Rusiya Prezidenti Vladimir Putinin təsviri olan köynək geyindiyi köhnə fotoları internetdə tapılan zaman qalmaqalın mərkəzində oldu. İnternet istifadəçiləri Rusiya prezidentini açıq şəkildə dəstəkləyən şəxsin festivalın açılışına dəvət edilməsindən hiddətlənib və təşkilatçıları ikiüzlülükdə ittiham ediblər.

Bonya tənqidçiləri ikili standartlarda ittiham edərək qalmaqala münasibət bildirib və Ukrayna Prezidenti Vladimir Zelenski ilə də filmlərdə rol aldığını xatırladıb.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.