Cavanşir Məmmədovla aparıcı Lətafət arasında QALMAQAL: “Dilini kəsərəm” + VİDEO
27-05-2022, 00:00

Aparıcı Lətafət Ələkbərova yeni açıqlaması ilə diqqət çəkib.
Lətafət Ələkbərova Əməkdar artist Cavanşir Məmmədovun “Üzümdə botoks yoxdur, əksini sübut edən şəxsə iki min manat verəcəyəm” iddiasına münasibət bildirib.
Bu barədə Lətafət ARB TV-də yayımlanan “Magazin plus” verilişinə müsahibəsində danışıb.
Ələkbərova əksini sübut etməyə hazır olduğunu bildirib:
“Cavanşir müəllim bizim verilişimizdə qonaq olub. İşıqlar onun üzünə düşəndə aydın bilinirdi ki, botoksu var. Əlim üzümdə qaldı, niyə deyirsiniz, yoxdur? Etmisinizsə, deyin, burada nə var ki? Niyə gizlədirsiniz? Kosmetoloquma aparacağam, sübut edəcək ki, üzündə botoks var. Hazıram, gəlsin. İki min manatı da gətirsin”.
Aparıcı şou-biznesdə üzündə botoks olan digər kişi sənətçilərin adlarını da açıqlayıb:
“Nadir Qafarzadə, Vasif Məhərrəmli, Niyam Salami, Kərimdə də botoks var. Hətta Kərim bu yaxınlarda kök hüceyrə vasitəsilə özünü 10 yaş cavanlaşdırıb”.
Əməkdar artist Cavanşir Məmmədov aparıcı Lətafət Ələkbərovanın ona ünvanladığı botoks ittihamına sərt reaksiya verib.
Cavanşir Məmmədov oxu.az-a aparıcının onun haqqında danışmasına əsəbiləşdiyini bildirib:
“Qələt edir! Mənə onun telefonunu verin, zəng edib başa salım ki, sənin tay-tuşun deyiləm. Atası yaşında adamam, getsin öz dərdi ilə məşğul olsun. Mən də ağzımı açsam, çox şey danışaram onlar haqqında. Mənim haqqımda heç kim heç nə danışa bilməz. Danışanın dilini kəsərəm! Mən hamısının zir-zibilini bilirəm. Otursunlar yerlərində! Mən sənət adamıyam, sənətkaram, şou-biznes adamı deyiləm. Haqqımda danışırlar, indi də telefonumu götürmürlər”.