Vüsalədən qızı ilə bağlı paylaşım: "Dünya malına bədəl balam..." – FOTO

27-05-2022, 11:28           
Vüsalədən qızı ilə bağlı paylaşım:
“7 canlı” axşam şousunun aparıcısı Vüsalə Əlizadə qızı Diləklə bağlı paylaşımı ilə diqqət çəkib.

Teref.az-ın yazdığına görə, Bizim.Media xəbər verir ki, qızının fotolarını sosial şəbəkə hesabında yayımlayan aparıcı onun ibtidai sinifdən məzun olduğunu açıqlayaraq, təbrik yağışına qərq edib.

“Biz ikimiz, əl-ələ tutub yaşam yoluna çıxdıq. Bir gəzdik, bir danışdıq, bir öyrəndik, bir ağladıq, bir güldük, bir böyüdük… Şükürlər olsun Allahıma, bunu da bacardıq, bu gün biz ibtidai sinifdən məzun olduq. Dünya malına bədəl balam, Allahdan tək arzum sən Diləyimi sağlam, xoşbəxt, ağıllı və öz ayaqları üzərində dura biləcək gücə sahib bir xanım görməkdir.

Çox xoşbəxt ol, mənim “pamuk prensesim”, ali məktəbdən məzun ol” - deyə, V.Əlizadə yazıb.

Qeyd edək ki, Azər Zahid və Vüsalə Əlizadə dörd il evli olub. Dilək isə bu evlilikdən dünyaya gəlib. Dörd ilə sönra cütlük Vüsalənin qərarı ilə boşanıb.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.