Neslihan Atagül Kadir Doğulu ilə seriala çəkilir

29-05-2022, 11:23           
Neslihan Atagül Kadir Doğulu ilə seriala çəkilir
Son dəfə “Sefirin kızı” adlı serialda rol alan türkiyəli məşhur aktrisa Neslihan Atagül yeni layihələrlə ekranlara qayıdır.

2019-cu ildə Nare obrazını canlandıran aktrisa səhhəti ilə bağlı problemlə əlaqədar serialdan ayrılmışdı.


Atagül illər sonra həyat yoldaşı Kadir Doğulu ilə eyni layihədə baş rolu paylaşacaq.

“Gecenin ucunda” adlı serialın sentyabr ayında ekranlara çıxacağı gözlənilir.

Neslihan Atagülün digər layihəsi isə Türk kinosunun unudulmaz filmi sayılan, baş rolda Müjde Arın yer aldığı “Ah Belinda”dır. Filmdə Neslihan Atagül Serkan Çayoğlu ilə baş rolları paylaşacaq.

Xatırladaq ki, daha əvvəl Neslihan Atagül və Kadir Doğulunun təriqət liderinin yönləndirməsi ilə eyni layihədə baş rolları paylaşacaqları barədə xəbər yayılmışdı.

Mənbə: Snob Magazin












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru