Ürəyim zəifləyib, həkim deyir, ağır obrazlar oynama, zora düşərsən..))

13-11-2022, 00:11           
Ürəyim zəifləyib, həkim deyir, ağır obrazlar oynama, zora düşərsən..))
“Ürəyim zəifləyib. Çoxdandır. Həkimlər məsləhət görüblər ki, çox ağır obrazlar oynamayım. Deyirəm ki, mən səhnə və obrazlarım üçün yaranmışam”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “7 canlı” verilişində qonaq olarkən deyib.

“Qızdırmam varsa, belə, səhnəyə çıxacağam və eyni hisslərlə o rolu oynayacağam. O anda Məleykə deyiləm, “Nurcahan”, “Kleopatra”, “Şirin”, “Selcan”, “İlkcan”, bu gün isə “Natəvan”am. Hər gün məşqlər gedir. 33 ildir eyni şöhrəti saxlayıram, eyni alqışı görürəm. Buna görə gecə-gündüz Allahıma şükür edirəm. Ən çox qorxduğum isə mərdimazar insanlardır. Allah bizi onlardan uzaq etsin. Balaca dünyam var. Orada sənətim, övladım, mən və obrazlarım var. Obrazlarımla yaşayıram. Hər zaman bu sözü deyirəm ki, sənətkar təkcə özünə aid deyil, tamaşaçılara aiddir. Oturuşumuzu, danışığımızı, dediyimiz sözü düşünməliyik. Özümüzə hörmət etməliyik ki, tamaşaçılara da edək”, - Xalq artisti bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.