Mübariz Tağıyev mahnısının adı verilən rok festivalına niyə gəlmədi?-AÇIQLAMA

26-12-2022, 00:04           
Mübariz Tağıyev mahnısının adı verilən rok festivalına niyə gəlmədi?-AÇIQLAMA
Bakının “Elektra Events Hall” məkanında 23 dekabr tarixində “Bir Sabah” adlı rok festivalı keçirilib.

Festivalda məşhur rok ifaçısı Mübariz Tağıyevin çıxışı da gözlənilirdi. Lakin ifaçının çıxışı səhhəti ilə bağlı təxirə salınıb.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Mübariz Tağıyev hazırda səhhətinin yaxşı olduğunu deyib:

"Həmin gün təzyiqim elə səviyyədə idi ki, evdən çıxa bilmədim. Konsertin keçirilməsi çoxdan nəzərdə tutulmuşdu.Hərdən belə işlər olur, Tanrının işidir, nə deyəsən. Mən bütün konsertdə iştirakımı nəzərə alıb gələnlərdən üzr istəyirəm ".

Qeyd edək ki, tədbirin adı müğənni Mübariz Tağıyevin dillər əzbəri olan "Bir sabah" mahnısından götürülüb.

Xatırladaq ki, bu il ərzində keçirilən sonuncu rok festivalı idi. Hər iki rok festivalında bir sıra tanınmış ifaçılar və rok qrupları çıxış ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru