Kemeron “Avatar: Su yolu”ndan hansı səhnələri kəsmək məcburiyyətində qaldığından danışdı - FOTO/VİDEO

29-12-2022, 09:06           
Kemeron “Avatar: Su yolu”ndan hansı səhnələri kəsmək məcburiyyətində qaldığından danışdı - FOTO/VİDEO
“Avatar: Su yolu” filminin 10 dəqiqəlik hissəsi kəsilib.

Bu barədə rejissor Ceyms Kemeron “Esquire Middle East”ə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, layihədə silahla bağlı bir neçə səhnə olub. Ancaq ABŞ-də silahlarla bağlı problemlərə görə, həmçinin zorakılığı təbliğ etməmək üçün bir neçə səhnəni kəsmək məcburiyyətində qalıb.



“Mən gözəllik, aydınlanma, filmin mənəvi aspekti və hadisələr arasında tarazlıq tapmaq istədim, ancaq hiss etdim ki, onu çox tutqun eləmişəm. Bizim cəmiyyətdə silahla bağlı baş verənlər mənim ürəyimi bulandırır”, - deyə rejissor bildirib.



Qeyd edək ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Na’vi aləminə xətərli müdaxilə barədədir. Üç “Oskar” və bir “Qızıl Qlobus” mükafatını almış “Avatar” dünyanın ən gəlirli filmi olub.

Filmin davamı birinci hissədəki hadisələrdən on il sonra baş verənləri və Sallinin ailəsindən bəhs edir. Hekayəyə görə, əsgər Ceyk Salli avatara çevrildikdən sonra Na’vi xalqının lideri olur və yeni dostlarını Yerdən gələn muzdlu iş adamlarından qorumaq missiyasını üzərinə götürür. “Avatar: Su yolu” filmi isə hazırda “Ən yaxşı dram filmi” nominasiyası üzrə “Qızıl Qlobus” film mükafatına namizəddir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru