Məşhur aktrisa serialdan QOVULDU - VİDEO

3-01-2023, 09:52           
Məşhur aktrisa serialdan QOVULDU - VİDEO
Bir vaxtlar Türkiyənin ən reytinqli serialı "Yabancı damat"da rol alan aktrisa Nilgün Belgün illər əvvəl layihədən qovulduğunu etiraf edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa yutub kanalında yayımlanan "Haber Bahene" verilişinə qonaq olub. Aktrisa aparıcının "Həyatınızda ən kədərli hadisə nə olub" sualına belə cavab verib:

" "Yabancı damat"da oynayırdım, anam da xərçənglə mübarizə aparırdı. Mənə "Ya teatr, ya da serial. Serialdan yaxşı pul qazanırsan" dedilər. Teatrı seçdiyim üçün serialı tərk etməli oldum. Teatrdan cüzi pul alırdım. Bu qərarı vermək həyatımın ən çətin dönəmi idi.

Allah hər zaman xeyrin tərəfindədir. Serialdan günahsız yerə çıxarıldığım üçün TV8-dən səhər verilişi təklifi aldım. Çox yaxşı pulla... Hətta yaşadığım evi bu verilişdən qazandığım pulla almışam. Möhtəşəm bir iş etdim. "Yabancı serialdan" qovuldum, amma Türker İnanoğlu bunu qəbul etmir. Ondan incimirəm, əksinə təşəkkür edirəm. Çünki serialda olsaydım, o verilişi edə bilməzdim. Proqramdan yaxşı pul qazandığım üçün vergi reytinqinə də düşdüm”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.