“Survivor”a iki keçmiş finalçı transfer olunacaq: Nifrət eşqə çevriləcəkmi? - FOTO

11-01-2023, 12:44           
“Survivor”a iki keçmiş finalçı transfer olunacaq: Nifrət eşqə çevriləcəkmi? - FOTO
Milyonları ekrana bağlayan “Survivor” verilişinin 2023-cü il heyəti ilə bağlı açıqlamalar davam edir.

Buse Plan, Halil İbrahim Göker, Berdan Mardini və Alper Rende kimi şəxslərin qatılacaqları “Survivor-2023” mövsümü artıq sosial mediada böyük əks-səda yaradıb.

Yeni mövsümdə yüksək reytinq hədəfləyən məşhur türkiyəli teleaparıcı Acun İlıcalının “Survivor-2021” mövsümünün iki finalçısını heyətə qatacağı iddia edilib.

İddialara görə, “Survivor-2021” mövsümündə “Könüllülər” komandasında mübarizə aparan Aleyna Kalaycıoğlu və Yigit Poyraz bu il “Survivor”a ehtiyat komandadan qatılacaqlar.

Bu iki finalçının yenidən ekranlara gələcəyi xəbəri tamaşaçılar tərəfindən böyük həyəcanla qarşılanıb.

Bəzi sosial media istifadəçiləri bir-biriləri ilə yola getməyən, amma eyni zamanda eşq yaşadıqları deyilən Yigit Poyraz və Aleyna Kalaycıoğlu cütlüyünün dava-dalaşlarına qaldıqları yerdən davam edəcəklərini iddia ediblər. Bəzi istifadəçilər isə nifrətin sevgiyə çevriləcəyini, onların eşq yaşaya biləcəklərini qeyd ediblər.



Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru