Evlənməyə hazırlaşan Çağatay Ulusoyla Duyğu Sarışın ayrıldılar - FOTO

13-01-2023, 12:58           
Evlənməyə hazırlaşan Çağatay Ulusoyla Duyğu Sarışın ayrıldılar - FOTO
Türkiyədə 2016-cı ildə çəkilən “İçerde” serialında dostluqları tez bir zamanda sevgiyə çevrilən Çağatay Ulusoyla Duyğu Sarışın sosial şəbəkədə bir-birini izləmədən çıxarıblar.

Beş ildir birlikdə olan cütlüyün yayda evlənəcəyi deyilirdi.

Ulusoyun İstanbulun Sarıyer bölgəsində yeni açılan restoranda 35 yaşlı aktrisa İlkin Tüfekçi ilə səmimi şəkildə göründüyü bildirilir. Ulusoyla Tüfekçinin bütün gecə bir-birlərinə sarılaraq əyləndikləri deyilir.

Tüfekçinin Sarıyerdəki restorandan “Instagram”da paylaşım etməsi də diqqət çəkib.



Mənbə: Snob Magazin












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru