Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTO

13-01-2023, 11:39           
Elvis Preslinin yeganə övladı evində ölü tapıldı — FOTO
Müğənni və rok-n-roll kralı Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib.

Teref.az xəbər verir ki, 54 yaşlı Liza Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb. Onun ürəyi dayanıb, nəbzini bərpa etmək üçün ona adrenalin iynəsi vurulub. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Anası Prisilla Presley qızının vəfat etdiyini təsdiqləyib. "Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı dəhşətli xəbəri böyük ağrı ilə bölüşməliyəm" deyə, o, bildirib.

Qeyd edək ki, Liza Mari Presli 1968-ci ildə anadan olub və Elvis qəfil öləndə 9yaşlı qız atasının sərvətinin yeganə varisi olub.

axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru