Məşhur türkiyəli aktyorun vəsiyyətnaməsi açıqlandı: Övladları etiraz etdi - FOTO

14-01-2023, 12:34           
Məşhur türkiyəli aktyorun vəsiyyətnaməsi açıqlandı:
Ötən il iyunun 28-də 84 yaşında dünyasını dəyişən məşhur türkiyəli aktyor Cüneyt Arkının vəsiyyətnaməsi açıqlanıb.

Cüneyt Arkının 14 aprel 2009-cu ildə öz əli ilə yazdığı vəsiyyəti İstanbul Sülh Hüquq Məhkəməsində ailəsinə elan edilib.

Arkının vəsiyyətinə görə, Beşiktaş Leventdəki daşınmaz əmlakı həyat yoldaşı Betül Cüreklibatır, oğulları Murat və Kaan Polat Cüreklibatır arasında paylaşılıb.

Aktyorun Gülər ​​Mocanla ilk evliliyindən dünyaya gələn qızı Filiz Cüreklibatır isə vəsiyyətnaməyə etiraz edib.


Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.