“Kainat Gözəli” müsabiqəsinin təşkilatçıları Qırğızıstandan üzr istəyib - VİDEO

16-01-2023, 10:34           
“Kainat Gözəli” müsabiqəsinin təşkilatçıları Qırğızıstandan üzr istəyib - VİDEO
“Kainat Gözəli” (Miss Universe) gözəllik müsabiqəsinin təşkilatçıları aparıcının bu ölkənin adını düzgün tələffüz edə bilməməsinə görə Qırğızıstandan və onun nümayəndəsindən üzr istəyib.

Müvafiq video tədbirin “YouTube” kanalında yayılıb.

Təşkilat komitəsinin rəhbəri Emi Emmeriç bildirib ki, onların aparıcısı ilkin mərhələdə “Qırğızıstan”ı tələffüz edə bilməyib və tamaşaçılara məlumatları düzgün təqdim etməyib.

“Biz daha yaxşı işləməliyik. Bunun üçün heç bir bəhanə yoxdur və üzrxahlıq etmək istəyirik”, – deyə o bildirib.

Onunla birlikdə videoçarxda ölkəni müsabiqədə təmsil edən “Miss Qırğızıstan” Altınay Botoyarova da iştirak edib. Qız üzrxahlığı qəbul edib və məsələyə ciddi yanaşdıqları üçün təşkilatçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, Yeni Orleanda keçirilən beynəlxalq gözəllik müsabiqəsində ABŞ təmsilçisi R'Bonni Qabriel qalib gəlib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru