"Avatar 2" ən çox gəlir gətirən filmlər sırasında

19-01-2023, 09:58           
"Avatar 2" ən çox gəlir gətirən filmlər sırasında
Kinorejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi 1,922 milyard dollar gəlir əldə edərək “Hörümçək adam: Evə yol yoxdur” filmini geridə qoyub. Kemeronun blokbasteri həm də tarixdə ən çox gəlir gətirən altıncı film olub.

Kult.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Mütəxəssislər “Avatar 2”-nin bu həftəsonu 2 milyard dollar həddini keçəcəyini və filmin 2,048 milyard dollar gəlir əldə edən “Avengers: Infinity War” filmini geridə qoyacağını proqnozlaşdırırlar.

Kemeron daha əvvəl bəyan etmişdi ki, “Avatar 2”-nin bütün zamanların ən çox gəlir gətirən ilk 10 film sırasına düşməsi gərəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru