Türkiyəli aktyor avtomobilin altında qaldı

19-01-2023, 12:40           
Türkiyəli aktyor avtomobilin altında qaldı
Məşhur aktyor Məsut Akustanın başına iş gəlib.

"Unikal" xəbər verir ki, aktyor avtomobildən düşdükdən sonra müvazinətini itirərək yıxılıb. Maşını idarə edən sürücü arxasına baxmadan hərəkət edib. Hadisə nəticəsində avtomobilin altında qalan aktyorun 3 barmağı sınıb. Qısa zamanda xəstəxanaya yerləşdirilən Akustanın müalicəsindən sonra barmaqlarına gips vurulub və o, işə qayıdıb.

Səhhətindəki problemlərə baxmayaraq, işini heç vaxt yarımçıq qoymayan və hazırda "Yürük Çıkmazı"nda baş rolu canlandıran aktyor serialda kiminləsə dava salmış kimi göstərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru