Əfsanəvi rok ifaçısı Devid Krosbi vəfat edib - FOTO

20-01-2023, 11:27           
Əfsanəvi rok ifaçısı Devid Krosbi vəfat edib - FOTO
Amerikalı müğənni-bəstəkar və “The Byrds”, “Crosby, Stills & Nash” və CPR rok qruplarının qurucu üzvü Devid Van Kortlend Krosbi 81 yaşında vəfat edib.

Bu barədə musiqiçinin xanımı Yan Dans məlumat verib.

Bildirilir ki, Krosbi ciddi xəstəliklə mübarizə aparıb. Səkkiz ay əvvəl musiqiçi canlı ifasını dayandırmaq qərarını açıqlayıb və izah edib ki, 80 yaşında bunu etmək asan deyil. Lakin bu yaxınlarda fikrini dəyişdiyini və səhnəyə qayıtmaq istədiyini bildirmişdi.

Devid Krosbi 1991-ci ildə “The Byrds”, 1997-ci ildə isə “Crosby, Stills & Nash”in tərkibində rok-n-rollun Şöhrət Zalına daxil edilib.



lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.