Hande Erçelin məşhur biznesmenlə görüntüsü yayıldı - FOTO

24-01-2023, 12:54           
Hande Erçelin məşhur biznesmenlə görüntüsü yayıldı - FOTO
Həmkarı Kerem Bürsindən ayrıldıqdan sonra Kaan Yıldırımla birlikdə yaşayan türkiyəli məşhur aktrisa Hande Erçelin biznesmen Hakan Sabancı ilə sevgili olduğu iddia edilib.

Xəbərə əsəbiləşən aktrisa bunu təkzib edib və həyatında heç kimin olmadığını bildirib.

İki aydır yan-yana görünməməyə çalışan cütlüyün nəhayət ki, birgə ilk fotosu yayılıb.

Sabancının Emirqandakı evində təşkil olunan ad günü ziyafətinə qatılan məşhurlar bu dəfə müxbirlərin gözündən yayına bilməyiblər.

Hər dəfə Sabancı ilə münasibəti barədə söhbətlərin yalan olduğunu deyən Erçelin bu dəfə necə açıqlama verəcəyi isə maraq doğurur.

Mənbə: A Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru