Antonio Banderas ürəktutması barədə:

25-01-2023, 11:57           
Antonio Banderas ürəktutması barədə:
Tanınmış ispan aktyor Antonio Banderas altı il əvvəl keçirdiyi infarktın həyatını kökündən dəyişdiyini etiraf edib.

62 yaşlı məşhurun ​​sözlərinə görə, bu, onu bir çox məsələlərə fərqli tərəfdən yanaşmağa vadar edib.

“Altı il əvvəl infarkt keçirdim. Bu, yəqin ki, həyatımın ən yaxşı təcrübələrindən biri idi. Bu, eynək taxıb vacib olanı görmək kimi bir şey idi”, - deyə o bildirib. Aktyor karyerasını tamamilə yenidən düşündüyünü və ona münasibətini dəyişdiyini deyib. Xüsusilə də, ulduz aktyorluq peşəsində yalnız zövq axtarmağa başlayıb.

“İnfarkt keçirəndən sonra mən ancaq oyunumdan həzz almağı düşünürəm. Başqa heç nəyi vecimə almıram. Mənim üçün həyat kiminsə: "Motor!” deməsi və ya pərdə qalxması ilə başlayır”, - Banderas əlavə edib.

Mənbə: korrespondent.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru