“Oxumaq boş şeydir, əsas kişi olmaqdır” – Manaf Ağayev

27-01-2023, 12:44           
“Oxumaq boş şeydir, əsas kişi olmaqdır” – Manaf Ağayev
“Xəzər axşamları” verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı olan müğənni Manaf Ağayev verdiyi açıqlamalarla diqqəti öz üzərinə çəkib.

Aparıcı əvvəlcə Əməkdar artist Elnarə Abdullayevanın ünvanına xoş sözlər söyləyib. Bu zaman Manaf Ağayev onunla həmrəylik nümayiş etdirib. O, Elnarə Abdullayevanın sənətini yüksək qiymətləndirdiyini deyib: “Elnarə xanımın əli çiynimdə olsa, bütün mahnıları oxuya bilərəm”.

Digər qonaqlar isə Manaf Ağayevin ifa tərzini bəyəndiklərini deyərək, onun sənətini müsbət qiymətləndirdiklərini bildiriblər. Müğənninin reaksiyası hər kəsi təəccübləndirib: “Oxumaq boş şeydir. Əsas yaxşı ailə başçısı, yaxşı ata, yaxşı dost, yaxşı kişi olmaqdır. Manafı bu keyfiyyətlərinə görə sevin”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru