Pikenin yeni sevgilisi təzyiqlərə dözmədi: Xəstəxanaya yerləşdirildi - FOTO

1-02-2023, 11:58           
Pikenin yeni sevgilisi təzyiqlərə dözmədi: Xəstəxanaya yerləşdirildi - FOTO
Pikenin yeni sevgilisi Klara Çia media tərəfindən özünə qarşı olan təzyiqlərə dözə bilməyib.

Şakiranın da təsiri ilə medianın onunla bağlı paylaşımlarına tab gətirə bilməyən Klara psixoloji sarsıntı keçirib və xəstəxanaya yerləşdirilib.

Çianın Barselonada yerləşən Quironsalud xəstəxanasında müalicə aldığı məlum olub.

23 yaşlı Çia Pike ilə münasibəti üzə çıxdıqdan sonra medianın diqqət mərkəzində olub.

Pike bu yaxınlarda ilk dəfə “Instagram” hesabında Çia ilə şəklini paylaşdıqdan sonra isə sosial mediada bununla bağlı ağır şərhlər verilib. Çia, hətta bir çox insan tərəfindən təhqir olunub.

Bu təzyiqləri həzm edə bilməyən gənc qadın psixoloji sarsıntı keçirib.



Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru