“Instagram” “Twitter” funksiyası əldə edir - FOTO

4-02-2023, 12:44           
“Instagram” “Twitter” funksiyası əldə edir - FOTO
“Instagram” sosial şəbəkəyə ödənişli istifadəçi təsdiqi mexanizminin inteqrasiyası üzərində işləyir.

Belə ki, tətbiqin kodunda “Instagram” komandasının yeni məhsula abunə olan sosial şəbəkənin premium istifadəçilərini əhatə edəcək “ödənişli mavi işarələr” tətbiq etmək istədiyinə dair qeydlər tapılıb. Çox güman ki, bu yeni məhsul “Twitter Blue” kimi bir növ ödənişli abunə olacaq.


Məlumata görə, “Instagram” premium istifadəçilərini müəyyən etmək üçün istifadə olunacaq etiketin kod adı “Blue Badge”dır.

Bildirlir ki, oxşar yenilik “Meta” korporasiyasının digər xidmətləri üçün də nəzərdən keçirilir.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru