Baləli yayılan görüntülərindən danışdı: “Cəriməsi 20 manat deyil? Ödəyərik”

9-02-2023, 00:09           
Baləli yayılan görüntülərindən danışdı:
Məşhur meyxanaçı Balaəli Maştağalı Qara Qarayev prospektində dükana girmək üçün “Range Rover” markalı avtomobilini yolun hərəkət hissəsində saxlayaraq avtobusa maneə törətməsinə, bununla bağlı yayılan görüntülərinin tənqid edilməsinə münasibət bildirib.

Teref.az xəbər verir ki, meyxanaçı pravda.az-a açıqlamasında deyib ki, sözügedən ərazidə dükana yox, aptekə giribmiş.

“Dükana girməmişəm, aptekə dərman almağa girmişəm. Övladım Qara Qarayevdə xəstəxanadadır. Hələ ki burdayam, şükür Allaha, vəziyyəti yaxşıdır. Tələsik olub, avtobusu saxlatmışam. Təcili dərman çatdırmalı idim. Dərman alıb, aparıb xəstəxanaya vermişəm. Görüntülərdə də polis görür ki, mən hara girmişəm. Təcili dərman almalıyamsa, avtomobili saxlaya bilərəm. Mən dərman alıram də orda, nə olar bəyəm? 20 manat cərimədirsə, dövlətin qanunu-qaydası var. Cəriməsi var, cəriməsini də ödəyəcəyik…” – B.Maştağalı deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru