Zamanı donduran modellər... - Fotolar

16-08-2023, 13:44           
Zamanı donduran modellər... - Fotolar
Onlar 90-cı illərdə gözəllikləri ilə podiumları ələ keçirdilər. Modellik peşəsində də “supermodel” anlayışı ilk dəfə məhz onlar üçün istifadə edilməyə başladı. Sonrakı nəsillər də onlar kimi olmağa çalışdılar.

“Qafqazinfo” xarici mətbuata istinadən yaşları ilə zamanı donduran həmin modelləri təqdim edir:

Cindy Crawford, Christy Turlington, Linda Evangelista və Naomi Campbell...

Bu ağ-qara şəkil “Vogue” jurnalının 1990-cı ilin yanvar nömrəsinin üz qabığı üçün Nyu-Yorkda çəkilib. Şəkildəki qadınlar 90-cı illərdə və hətta 2000-ci illərin ilk 10 ilində moda dünyasına damğasını supermodel kimi vurublar.

90-cı illərdən başlayan karyeraları ilə bu dörd qadın günümüzün məşhur modellərinin yolunu açdı. Dövrün brendlərinin çəkilişlərində, jurnallarının üz qabığında yer alan bu qadınlar hər zaman valehedici gözəllikləri ilə yaşlarını dondura bildilər.

2017-ci ildə əfsanəvi modelyer Gianni Versaceyə həsr olunan nümayişə məşhur supermodel Helen Kristensen və həmin dörd model də qatıldı. Karyera illəri 30 ili keçsə də onlar yenə də təravətli və gözəl idilər...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru