"Xalq" və "Əməkdar" fəxri adı olanlar bu qədər təqaüd alır

19-08-2023, 11:13           
"Xalq" və "Əməkdar" fəxri adı olanlar bu qədər təqaüd alır
Azərbaycanda 4888 nəfər fəxri ada görə təqaüd alır.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, bu rəqəmlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, ilin əvvəlinə olan rəqəmlərdir.

Bu ilin yanvarında fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Prezidentinin Sərəncamı ilə fəxri adlara görə təqaüdlərin məbləği artırılıb.

Belə ki, “Xalq” fəxri adına görə 263 nəfər 200 manat təqaüd alır. “Əməkdar” fəxri adına görə isə ölkədə 4625 nəfər 150 manat təqaüd alır.

Müqayisə üçün qeyd edək ki, ötən il 4843 nəfər (265 nəfər “Xalq”, 4578 nəfər “Əməkdar”) fəxri adlara görə təqaüd kəsilib. Müvafiq olaraq təqaüdlər 150 və 100 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru