“Playboy”un modeli Pamela Anderson yeni fotosessiyada iştirak edib - FOTO

21-08-2023, 13:24           
“Playboy”un modeli Pamela Anderson yeni fotosessiyada iştirak edib - FOTO
“Baywatch” serialının ulduzu və “Playboy”un modeli Pamela Anderson Kanadanın moda brendi “Aritzia's Babaton” üçün reklam kampaniyasında rol alıb.

56 yaşlı Pamela Anderson brendin payız kolleksiyasından biznes görüntülərini nümayiş etdirib. Çəkilişlər ulduzun Britaniya Kolumbiyasındakı öz evində aparılıb.

Görüntülərdə Anderson bağ alətləri ilə zərif geyimlərdə bağçılıq bacarıqlarını nümayiş etdirib.
Brendlə işindən danışan Pamela Anderson çəkilişlərdən çox həzz aldığını qeyd edib.

“İşgüzar geyimdə qazon biçmək mənim üçün kifayət qədər məntiqli idi. Çünki bağ mənim ofisimdir. Çox maraqlı oldu”, - deyə aktrisa əlavə edib.



Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru