Nadir Mahsunu təhqir etdi: "Mən də nənəmin tumanını geyinib... " - FOTO/VİDEO

21-08-2023, 10:55           
Nadir Mahsunu təhqir etdi:
"Sabahdan nənəm rəhmətlikdən enli tuman qalıb, onu geyinib, çıxacam səhnəyə. Qonşudan qalma dala. Bəs necə, Əhməd məgər insan deyil?"

Publika.az bildirir ki, bu sözləri müğənnir Nadir Qafarzadə şortikdə səhnəyə çıxan türkiyəli həmkarı Mahsun Kırmızıgül barəsində səsləndirib.
55 yaşlı arabesk ifaçısının şortiklə səhnəyə çıxması Nadir Qafarzadəni özündən çıxarıb:

"55 yaşı var, cavanlıqda şortik geyinməyib axı. Özü də pop ifaçısı deyil, arabesk oxuyur. Bizim müğənnilər şortik geyinsəydi, vedrə, ləyən, vanna bağlamışdılar".

Nadir Qafarzadə daha sonra izləyiciləri barədə təhqiredici ifadələr səsləndirib. Müğənninin bu davranışı izləyicilərin qəzəbinə tuş gəlib, sərt tənqid olunub.(Musavat.com)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru