Rusiyalı tiktoker Dubayda həbs olundu 26-08-2023, 00:10 Rusiyalı reper, tiktoker Danya Miloxin Dubayda həbs edilib.Sfera.az xəbər verir ki, buna səbəb onun yol hərəkəti qaydalarını pozması olub. Danya təhlükəsizlik kəmərini taxmadığı üçün həbsxanaya düşüb.21 yaşlı tiktoker avqustun 24-də saxlanılıb. Dostları 25-i girov ödədikdən sonra Danya sərbəst buraxılıb.Qeyd edək ki, Danya 2020-ci ilin oktyabrında Rusiyanın "Forbes" jurnalında ən çox qazanan tiktokerlər siyahısında 6-cı yerdə qərarlaşmışdı. Facebook-da paylaş