İllər sonra instaqrama qayıdır - Bir reklam paylaşımı bu qiymətə olacaq

28-08-2023, 15:59           
İllər sonra instaqrama qayıdır -
Böyük Britaniyanın vəliəhd şahzadəsi Harrinin həyat yoldaşı, keçmiş aktrisa Meqan Markl yeni instaqram hesabı açıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “meghan” adlı hesabının profilinə peoniya fotosu qoyub.

Məlumata görə, bu, Meqanın sevimli çiçəkləridir. Heç kəsi izləməyən Meqanın artıq minlərlə izləyicisi var.

“Daily Mail”in xəbərinə görə, M. Marklın səhifəsində 1 reklam paylaşımının qiyməti 1 milyon dollar (1,7 milyon manat) olacaq.

Qeyd edək ki, 2018-ci ilin mayında ailə həyatı quran Harri və Meqan “sussexroyal” adlı ortaq hesabdan istifadə edirdilər. Lakin daha sonra M. Marklın bütün sosial şəbəkə hesabları onun saray gəlini olması səbəbindən bağlanmışdı. Cütlük 2020-ci ilin yanvarında kral ailəsini tərk etdikdən sonra müstəqil yaşamaq üçün Cənubi Kaliforniyaya (ABŞ) köçüb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru