Türkiyəli müğənni Hadisənin Bakı konsertindən əldə etdiyi qonorar açıqlanıb. Teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, Hadisə konsertindən 5 milyon lirə (təxminən 320 min manat) əldə edib.
Xatırladaq ki, Türkiyə müğənnisi Hadisənin Bakı konserti 26 avqustda “Dalğa beach”də baş tutub.
Mühafizə xidməti girişdə tamaşaçıların özləri ilə gətirdikləri suları yığıb. İçəridə isə sular bir neçə dəfə baha qiymətə satılıb.