Yuri Şatunovun məzarını ziyarət etməyə məhdudiyyət qoyuldu

29-08-2023, 10:24           
Yuri Şatunovun məzarını ziyarət etməyə məhdudiyyət qoyuldu
Rusiyalı müğənni Yuri Şatunovun dul qalmış həyat yoldaşı pərəstişkarların məzarlılğa buraxılmayacağını bildirib.
Rusiyalı müğənni Yuri Şatunovun məzarına giriş avqustun 30-dan sentyabrın 6-dək bir həftə müddətinə məhdudlaşdırılacaq.
Bu barədə musiqiçinin dul arvadı Svetlana aparıcılıq etdiyi Teleqram kanalında məlumat verilib.
"Əziz pərəstişkarlar! Avqustun 30-dan sentyabrın 6-dək abidənin qoyulması üçün Yuri Şatunovun məzarı başında montaj və tikinti işləri aparılacaq. Xahiş olunur bu günlərdə qəbiristanlığa gəlməyin və işlərə mane olmayın. Sentyabrın 6-dan məzar ziyarət üçün açıq olacaq" - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Yuri Şatunov iyunun 23-nə keçən gecə 48 yaşında vəfat edib. Onun ölümünə infarkt səbəb olub.
Yuri Şatunov 6 sentyabr 1973-cü ildə Rusiyanın Başqırdıstan Respublikasının Kumertau şəhərində anadan olub. On bir yaşında anası dünyasını dəyişib.
Anasının ölümündən sonra bir müddət sərgərdan həyat sürüb, sonra isə Orenburq şəhərindəki internat məktəbinə köçürülüb və burada həvəskar özfəaliyyət dərnəyinin rəhbəri Sergey Kuznetsovla tanış olub.
Müğənni 1986-1991-ci illərdə "Laskovı May" qrupunun solisti olub. Onun ifa etdiyi "Ağ qızılgüllər"dən başqa, ən populyar hitləri arasında "Uşaqlıq" və "Çal gecə" mahnıları da var.
Bazar günü səhər saatlarında Moskvadakı Troekurovski qəbiristanlığında mərhum müğənni Yuri Şatunovla vida mərasimi keçirilib. Yüzlərlə insan Şatunovun xatirəsini yad etməyə gəlib, çoxu ağ qızılgül çələngləri gətiriblər.
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.