Kembric hersoqinyası Keyt Middlton britaniyalı DJ, müğənni və prodüser Caks Consun klipində rol alacaq.
Musiqiçi Uels şahzadəsinin layihəsinə səfir təyin edildikdən sonra onunla əməkdaşlıq barədə razılığa gəlməyə nail olub.
“Mən Keytin komandası ilə şoularım üçün xüsusi görüntü yaratmaq barədə danışıqlar aparıram”, - deyə DJ jurnalistlərə açıqlamasında bildirib.
Caks Cons qeyd edib ki, onların görüləcək çox işləri var, baxmayaraq ki, Keyt Middlton onun klipində epizodik rolda çəkiləcək. “Siz sadəcə kameralı telefonu götürüb Keyti çəkə bilməzsiniz. Onun böyük komandası var, ona görə də hər şeyi düzgün etmək lazımdır. İdeal olaraq, mən həm Keyt, həm də Uilyamı çəkmək istərdim, amma bu yalnız Keyt olsa belə, yenə də hər şey çox gözəldir”, - deyə musiqiçi əlavə edib.