Konsert zamanı vəziyyəti ağırlaşdı 29-08-2023, 15:04 Britaniyalı müğənni Adel konsertindən sonra səhnə arxasında kəskin ağrı hiss etdikdən sonra yıxıldığını etiraf edib.OLAY yazır ki, buna səbəb siyatik tutması, siyatik sinirin iltihabı olub. İfaçının sözlərinə görə, işçilərdən biri onu yerdə hərəkətsiz vəziyyətdə görüb. Konsertə davam etməzdən əvvəl Adelə fasilə lazım olub.Qeyd edək ki, 35 yaşlı müğənni bundan öncə sözügedən problemə görə axsadığını, idmanla müalicə olunduğunu açıqlayıb. Facebook-da paylaş