Berlin Prokurorluğu Till Lindemanna qarşı istintaqı bağlayır - FOTO

30-08-2023, 12:44           
Berlin Prokurorluğu Till Lindemanna qarşı istintaqı bağlayır - FOTO
Bu ilin may ayında 24 yaşlı irlandiyalı Şelbi Linn Vilnüsdə “Rammstein” konsertində ona narkotik verildiyini və qrupun solisti Till Lindemann ilə cinsi əlaqəyə məcbur edildiyini bildirib. Digər qadınlar da oxşar hallar barədə danışsalar da, onlardan heç biri polisə müraciət etməyib. Buna baxmayaraq, cinsi zorakılıqda şübhəli bilinən musiqiçiyə qarşı cinayət işi açılıb.

Bu gün, avqustun 29-da Berlin Prokurorluğu Till Lindemanna qarşı istintaqı bağlayıb.

“Təhqiqatın bitməsini qərəzsiz gözləyən hər kəsə təşəkkür etmək istərdim”, - deyə Lindemann “Instaqram” səhifəsində qeyd edib.


Mənbə: BİLD












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru