Röyanın konsertinə atası ilə qayınanası GƏLDİ - FOTO/VİDEO

3-09-2023, 15:58           
Röyanın konsertinə atası ilə qayınanası GƏLDİ - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın sentyabrın 1,2 və 3-də Konqres Mərkəzində keçirilən "Biri var" adlı canlı solo konsertinin iki günü qeridə qalıb.

Bizim.Media xəbər verir ki, sənətçi gecədə repertuarında yer alan, eyni zamanda yeni "14/41" albomuna daxil olan 22 mahnı səsləndirib.

Səhnə şousu üçün Röya xaricdən bahalı "Kuka" robotunu gətizdirib. Sözügedən robotun köməyi ilə müğənni bir neçə dəfə göyə qalxıb və mexanizmə birləşən kvadrat qurğunun içində uzanaraq mahnılarını ifa edib.

Gecədə üç geyim dəyişdirən estrada ulduzunun makiyajı və imici üzərində stilist Elnur Həsənov çalışıb.

Diqqət çəkən məqam isə konsertin ikinci günündə Xalq artistinin musiqiçi atası Yaqub Nəcəfovun və keçmiş həyat yoldaşı Anar Cəlilovun anasının iştirak etməsi olub.

Həddən artlq həyacanlı olduğunu dilə gətirən Röya gecənin ikinci günündə baş vermiş texniki qüsurların aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, bu gün Röyanın Konqres Mərkəzində anşlaqla keçən konsertinin sonuncu, yəni üçüncü günü olacaq.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru