Nazpəri Dostəliyeva uzun müddətdir görüşə bilmədiyi nəvəsinin FOTOLARINI YAYDI

4-09-2023, 00:08           
Nazpəri Dostəliyeva uzun müddətdir görüşə bilmədiyi nəvəsinin FOTOLARINI YAYDI
Xalq artisti Nazpəri Dostəliyeva Rusiyada yaşayan nəvəsi Tamerlanla bağlı diqqət çəkən paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, müsahibələrində uzun müddətdir nəvəsi ilə görüşə bilmədiyini söyləyən sənətçi, nəhayət onunla bir araya gəlib.

Mərhum oğlu Əlinin övladı ilə görüşərkən çəkdirdiyi fotoları Nazpəri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Dostəliyeva paylaşdığı şəkillərə bu sözləri yazıb:

"Allah heç bir bəndəsinə daşıya bilməyəcəyi dərdi verməz. Ya rəbbim, şükür sənə. Övladlarımızı qoru. Allahım, sən böyüksən".

Qeyd edək ki, Nazpərinin mərhum oğlu Əli ölümündən bir neçə il əvvəl həyat yoldaşından ayrılmışdı. Tamerlan anası ilə birlikdə Moskvada yaşayır. Elə bu səbəbdən Dostəliyeva onunla uzun müddət görüşə bilməyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru