Dünyanın ən zəngin supermodellərinin adı açıqlandı (SİYAHI)

4-09-2023, 00:13           
Dünyanın ən zəngin supermodellərinin adı açıqlandı (SİYAHI)
Dünyanın ən zəngin supermodellərinin adı açıqlandı (SİYAHI)
Keyt İreland dünyanın ən zəngin supermodelidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun” məlumat yayıb.

Nəşrin məlumatına görə, 60 yaşlı modelin sərvəti 538 milyondur. 1984-cü ildən 1996-cı ilə qədər model ardıcıl 13 dəfə "Sports Illustrated” jurnalının üz qabığında görünüb. Lakin o, milyonlarını şəxsi şirkəti "Kathy Ireland Worldwide" sayəsində qazanıb.

90-cı illərin supermodeli Sindi Krouford və "Victoria's Secret"in keçmiş modeli Gizel Bündhen 399 milyon dollar sərvətlə ikinci və üçüncü, Devid Bouinin keçmiş həyat yoldaşı model İman isə 198 milyon dollar sərvəti ilə dördüncü yerdədir. İlk beşlikdə 159 milyon dollarla model və teleaparıcı Heidi Klum qərarlaşıb.

59 yaşlı model və aktrisa Elle Makferson 94 milyon dollarla altıncı, 49 yaşlı Tayra Benks isə 89 milyon dollarla yeddinci yerdədir.

53 yaşlı supermodel Naomi Kempbell 79 milyon dollar sərvətlə səkkizinci yerdə qərarlaşıb. Doqquzuncu yeri 69 milyon dollar qazanan britaniyalı model Keyt Moss tutur.

27 yaşlı Kendall Cenner isə ən zəngin supermodellərin onluğunu qapayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.