“The Rolling Stones” yeni albom buraxacaq

7-09-2023, 14:34           
“The Rolling Stones” yeni albom buraxacaq
Əfsanəvi rok qrupu “The Rolling Stones” oktyabrın 20-də yeni studiya albomunu təqdim edəcək.

Bu barədə qrupun ifaçısı Mik Caqqer aparıcı Cimmi Fallonun “YouTube”da yayımlanan verilişində bildirib.

“Biz bu gün “Angry” adlı yeni sinqlı və onun videoklipini təqdim etmək üçün buradayıq. Bu, “Hackney Diamonds” albomunun ilk sinqlıdır və oktyabrın 20-də satışa çıxarılacaq”, - Caqqer məlumat verib.

Qeyd edək ki, “Hackney Diamonds” qrupun barabançısı Çarli Uottsun 2021-ci ildəki vəfatından sonra buraxılan ilk albom olacaq. Bu həm də 18 ildən sonra orijinal mahnılara malik birinci albomdur.
Qeyd edək ki, 80 yaşlı Caqqer, 79 yaşlı Riçards və 76 yaşlı Vud hələ də çıxışlarına davam edirlər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru