Tanınmış müğənni haqqında verdiyi açıqlama başına bəla oldu

7-09-2023, 16:17           
Tanınmış müğənni haqqında verdiyi açıqlama başına bəla oldu
"Golden Boy" mükafatı uğrunda gedən səsvermə zamanı maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuda uzun müddət 43% səslə lider olan "Barselona"lı Alexandro Balde birdən-birə liderliyini itirib. Buna səbəb isə onun verdiyi açıqlama olub.

İspaniyalı sol cinah müdafiəçisi müğənni Teylor Sviftin musiqilərini sevmədiyini bildirib. Bu, amerikalı sənətçinin fanatlarının xoşuna gəlməyib. Onlar Baldenin açıqlamasından əsəbiləşərək kütləvi şəkildə rəqibi Cud Bellinqemə səs veriblər. Nəticədə "Real"ın yarımmüdafiəçisi çox böyük fərqlə birinci pilləni ələ keçirib. O, hazırda 89% səslə liderdir.

Məlum açıqlamaya qədər səsverənlərin cəmi 30%-i ingilis futbolçunu seçmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru