Venesiya film festivalının qalibləri bəlli oldu - FOTO

10-09-2023, 10:34           
Venesiya film festivalının qalibləri bəlli oldu - FOTO
Venesiyada baş tutmuş kinofestivalın əsas mükafatı olan “Qızıl Şir” yunan rejissoru Yorqos Lantimosun “Poor Things” (“Yazıq bədbəxtlər”) filminə verilib. Mərasim Venesiya Film Festivalının “X” hesabında yayımlanıb. Qaliblərin siyahısı festivalın saytında dərc olunub.

Münsiflər heyətinin Qran-Prisi olan “Gümüş Şir” mükafatı yapon rejissoru Ryusuke Hamaqutinin “There İs No Evil” (“Şeytan mövcud deyil”) filminə verilib.

“Ən yaxşı rejissor” nominasiyasında “Gümüş Şir” mükafatına “Lo capitano” (“Mən kapitanam”) filminə görə italyan rejissoru Mateo Qarrone layiq görülüb.

"Ən yaxşı aktrisa" nominasiyasında Sofiya Koppolanın "Priscilla" (“Prissilla”) filmindəki roluna görə Keyli Speni, "Ən yaxşı aktyor" nominasiyasında isə Mişel Frankonun “Memory” (“Yaddaş”) filminə görə Piter Sarsqaard qalib olublar.

“Ən yaxşı ssenari” nominasiyasında mükafat çilili rejissor Pablo Larrainin “El Conde” (“Qraf”) filminin ssenarisinə görə Pablo Larrain və Gilermo Kalderona verilib.

Münsiflər heyətinin xüsusi mükafatına isə polşalı kinorejissor Aqneşka Hollandın “Zielona granica” (“Yaşıl sərhəd”) filmi layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru