Şahzadə Diananın paltarı inanılmaz qiymətə satıldı - FOTO

11-09-2023, 13:14           
Şahzadə Diananın paltarı inanılmaz qiymətə satıldı - FOTO
Vaxtilə şahzadə Dianaya məxsus olan üç paltar “Julien's” auksion evi tərəfindən 1,3 milyon funta (təxminən 2.75 milyon manat) satılıb.

Ən bahalı lot 1980-ci illərdə britaniyalı modelyer Bryus Oldfild tərəfindən şahzadə üçün yaradılmış qırmızı ipək paltar olub. Böyük Britaniya kralının keçmiş həyat yoldaşı bu paltarı ən azı üç dəfə geyinib: İki dəfə 1989-cu ildə və bir dəfə 18 noyabr 1991-ci ildə Londonda “Hot Shots” filminin dünya premyerasında.

Hərrac evinin nümayəndələri paltardan təxminən 160 min funt-sterlinq qazanacaqlarını gözləsələr də, sonda onun qiyməti 458,5 min funt-sterlinq olub.

İkinci ən bahalı lot, şahzadənin 1991-ci ildə Kanadada keçirilən tədbirdə geyindiyi modelyer Ketrin Uokerin Diana üçün tikdiyi qara-yaşıl büstye-paltar olub. Əvvəlcə dəyəri 80 000 funt-sterlinq olan geyim 450 000 funta satılıb.

Üçüncü geyim - Ketrin Uoker tərəfindən hazırlanmış qara məxmər və fil sümüyü rəngli paltarın qiyməti 48 000 funt-sterlinqdən başlasa da 407 000 funt sterlinqə satılıb.
Paltarların satışından toplanan rekord məbləğ bütün gözləntiləri üstələyib.


Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru