Timur Rodriqes 16 illik evlilikdən sonra həyat yoldaşından ayrılıb - FOTO

12-09-2023, 10:38           
Timur Rodriqes 16 illik evlilikdən sonra həyat yoldaşından ayrılıb - FOTO
Azərbaycanəsilli rusiyalı şoumen və müğənni Timur Rodriqes həyat yoldaşı Anna Devoçkinadan ayrıldığını açıqlayıb.

Bu barədə o, sosial şəbəkələrdəki səhifəsində məlumat verib.

Rodriqesin sözlərinə görə, ayrılığa baxmayaraq, onlar həmişə övladlarını sevən valideynlər olacaqlar.

“Anya və mən artıq bir yerdə deyilik. Amma biz həmişə övladlarımızı dəlicəsinə sevən valideynlər olaraq qalacağıq”, - sənətçi yazıb.
Rodriqes onu da əlavə edib ki, söz-söhbətlərə yol verməmək üçün ayrılmaları haqqında danışmaq qərarına gəlib.

Xatırladaq ki, cütlük 16 il evli olub. Onların iki övladı var - oğulları Migel və Daniel.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru