Xalq artistindən səhifəsinin bərpası üçün pul istənildi - MƏBLƏĞ
18-01-2024, 08:08
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib.
Sözügedən xaker paylaşım edərək hesabı qaytarmaq üçün pul tələb edib.
"Aygün Kazımova bunu oxuyursansa, 10.000 € bitkoin üçün mənə Telegramda yazın və hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz, ruslara sataram".