“Bəyin oğurlanması” süni intellektin təqdimatında - VİDEO

19-01-2024, 10:39           
“Bəyin oğurlanması” süni intellektin təqdimatında - VİDEO
Süni intellekt vasitəsilə “Bəyin oğurlanması” filmindən elçilik səhnəsi aktyorların səsləri saxlanılmaqla ingilis dilinə çevrilib.

Oxu.Az xəbər verir ki, video bir sıra sosial media hesablarında paylaşılıb.

Qeyd edək ki, 1985-ci ildə çəkilmiş bu film, Azərbaycan kino sənətinin unudulmaz əsərlərindən biri olaraq qalır. Film, Ceyhun Mirzəyev və Vaqif Mustafayevin rejissorluğu ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilib. Əsas rolları Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar) və digər tanınmış aktyorlar ifa ediblər. Filmdə Azərbaycanın toy adətləri haqqında film çəkmək istəyən, lakin bunu bacara bilməyən bir rejissorun hekayəsindən bəhs olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.