Ermənistanın Xalq artisti: Niyə məhz Zeynəb Xanlarova? - VİDEO

22-01-2024, 13:14           
Ermənistanın Xalq artisti: Niyə məhz Zeynəb Xanlarova? - VİDEO
“İctimai TV”nin efirində “XX yüzillik. Faktlar, hadisələr və insanlar” verilişinin növbəti buraxılışı efirə gedib.

Budəfəki buraxılışda 1978-ci ildə ölkədə baş verən önəmli hadisələr, faktlar barədə danışılıb.

Verilişdə bu ildə baş verən maraqlı hadisələrdən biri kimi Zeynəb Xanlarovanın Ermənistanın Xalq artisti adını alması da olub.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti, ictimai xadim Zeynəb Yəhya qızı Xanlarova 1978-ci ildən Ermənistan SSR Xalq artistidir. 1936-cı il dekabrın 28-də Bakıda anadan olan sənətçi tez-tez qastrol səfərlərində olur. O, Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da Xalq artisti adını qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru