Naməlum şəxs Teylor Sviftin mənzilinə girmək istəyib

22-01-2024, 11:58           
Naməlum şəxs Teylor Sviftin mənzilinə girmək istəyib
Ötən gün naməlum şəxs dünya pop səhnəsinin ulduzu Teylor Sviftin mənzilinə soxulmağa cəhd edib.

Bizim.Media “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, xoşbəxtlikdən hadisə şahidləri nəyinsə səhv olduğunu anlayıb cinayətkarı yaxalayan polisə zəng ediblər.

Xoşbəxt sonluğa baxmayaraq, hekayə tükürpədicidir. Insider nəşrə bildirib ki, cinayətkar bu planı həyata keçirmək üçün üzərində bir neçə həftə düşünüb.

O, eyvanda yatıb, davamlı siqaret çəkib, qışqıraraq ictimai asayişi pozub. Sviftin qonşuları bir neçə dəfə hüquq-mühafizə orqanları ilə əlaqə saxlasalar da, heç bir nəticəsi olmayıb. Hüquq-mühafizə orqanları yalnız həmin şəxsin sənətçinin evinə soxulmağa cəhd edəndə hərəkətə keçib.
Qeyd edək ki, ötən həftə müğənni Mayli Sayrus da oxşar vəziyyətlə üzləşib. 52 yaşlı fanat pop ulduzun evinə girməyə cəhd edib. Lakin bu hadisənin də qarşısı alınıb. Həmin şəxs 2018-ci ildən bəri Mayliyə arzuolunmaz diqqət göstərib.

Rəşad Əliyev, Bizim.Media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.