Müğənni Çinarə Məlikzadə: “Onunla görüşə bilmədən çıxıb getdi həyatımızdan” - FOTO

23-01-2024, 10:43           
Müğənni Çinarə Məlikzadə:
Müğənni Çinarə Məlikzadə yeni mahnısını təqdim edib.

OLAY yazır ki, o, “Mən özüm gedərəm” adlı ifasına çəkilən klipi yayımlayıb. Sənətçi bildirib ki, mahnının sözləri Cəvahirə məxsusdur, musiqi prodüseri isə Afşin Azəridir. Bundan əlavə Məlikzadə açıqlama bölməsində yeni layihəsi ilə bağlı bunları yazıb:

“Bu mahnının klipini çəkəndə ağlıma gəlməzdi ki, dərdimi, sevincimi paylaşdığım tək dostum - atamın ölüm xəbərini eşidərəm. Sonuncu dəfə o gülən gözlərinə baxa bilmədim. Onunla görüşə bilmədən çıxıb getdi həyatımızdan”.
Qeyd edək ki, Çinarənin atası Məlik bəy ötən ilin noyabrında metroda qəfil dünyasını dəyişmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru